“İmişli Rayon Kənd Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, "GBR TRADE" MMC Şirvan Kommersiya Məhkəməsində “İmişli Rayon Kənd Təsərrüfatı"na qarşı iddia qaldırıb.
İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Kommersiya mübahisəsi hakim Namidar Misirzadənin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən “İmişli Rayon Kənd Təsərrüfatı" ləğv prosesindədir.
İbRa
















