• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tovuzda tibb məntəqəsinin dəhşətli binası  - VİDEO

CƏMİYYƏT

12 Aprel 2023 | 09:26

Tovuzda tibb məntəqəsinin dəhşətli binası - VİDEO

Tovuz rayonunun Alakol kəndində yerləşən həkim məntəqəsinin binası bərbad vəziyyətdədir.

Bakıvaxtı.az xəbər verir ki, bina 1988-ci ildə inşa edilib.

Birinci Qarabağ müharibəsi zamanı məntəqənin ikinci mərtəbəsi əvvəlcə hospital, daha sonra isə məktəb binası kimi fəaliyyət göstərib. Hazırda yararsız vəziyyətdədir.

Elektrik naqillərinin birləşdiyi yuva açıq vəziyyətdədir. Pasiyentlərin dincəlməsi üçün nəzərdə tutulan çarpayı baxımsız haldadır. Dərman vasitələri isə pis şəraitdə saxlanır. Problemlər bununla yekunlaşmır.
Həkim məntəqəsinin müdiri Telman Cəfərov da baxımsızlıq ucbatından insanlara normal xidmət göstərə bilmədiklərini etiraf edib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, həkim məntəqəsinin vəziyyəti qənaətbəxş deyil. Bu barədə aidiyyəti üzrə məlumat verilib. Nəzərdə tutulan tədbirlər planına uyğun olaraq həmin məntəqənin gələcəkdə təmiri planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

/Xezerxeber


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026