• Bakı 15° C

    16.52 m/s

  • USD - 1.7

    EUR - 1.8655

    RUB - 1.9702

Sabahdan rayonlarda hava dəyişəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

04 Aprel 2025 | 14:52

Sabahdan rayonlarda hava dəyişəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 5-i günün ikinci yarısından 6-sı səhərədək hava şəraitinin qısa müddətə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.


SON XƏBƏRLƏR