• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Sabiq baş redaktor barəsində 2 maddə ilə cinayət işi başlandı

HADİSƏ

07 Dekabr 2021 | 10:39

Sabiq baş redaktor barəsində 2 maddə ilə cinayət işi başlandı

Baş Prokurorluq "Azərbaycan Məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov barədə açıqlama verib.

Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, "Azərbaycan Məktəbi” jurnalının sabiq baş redaktoru barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi istintaq olunur.

Nəcəfov Rahil Nadir oğluna Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026