• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Sabiq icra başçıları əfv üçün müraciət edib?

CƏMİYYƏT

23 May 2022 | 21:28

Sabiq icra başçıları əfv üçün müraciət edib?

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Publika.az-a danışan Əfv Məsələləri Komissiyasının üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev əfv sərəncamının nə vaxt imzalanmasını deyə bilməyəcəyini qeyd edib.

"Əfv sərəncamının imzalanması birbaşa Prezidentin səlahiyyətindədir. Sadəcə olaraq Əfv Komissiyasının işi təşkilati və təxniki baxımdan məsələləri yoluna qoymaqdır. Artıq Əfv Komissiyası öz iclaslarını başa vurdu, 600-dən artıq müraciətə baxılıb. Müvafiq rəylər hazırlanaraq cənab Prezidentə təqdim olunacaq", - o bildirib.

Ə.Nuriyev həbsdə olan məmurların əfv olunmaq üçün müraciət edib-etmədiyinə də aydınlıq gətirib:

"Bizim konkret olaraq hansısa şəxslərlə bağlı fikir söyləmək hüququmuz yoxdur. Əfv Komissiyasına daxil olan istənilən müraciət konfedensial xarakter daşıyır. Yalnız əfv sərəncamı imzalananda bu barədə bilə bilərsiniz".


SON XƏBƏRLƏR

26 Aprel 2024