Şabranda yanğın olub.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















