• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Şagirdi döyən Regional Təhsil İdarəsinin müdiri İSTEFA VERDİ

CƏMİYYƏT

28 Noyabr 2023 | 10:38

Şagirdi döyən Regional Təhsil İdarəsinin müdiri İSTEFA VERDİ

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən çıxıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə o, özü məlumat verib.

O deyib ki, bu gün vəzifəsindən ayrılır.

Xatırladaq ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb.

Hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb. Təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb.

Məktəblinin valideynləri hadisə ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə müraciət edib.


SON XƏBƏRLƏR

26 Iyul 2024