• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gəncədə məktəblilər arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  -YENİLƏNİB

HADİSƏ

07 Oktyabr 2022 | 13:35

Gəncədə məktəblilər arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə zəhərlənmə ilə bağlı açıqlama yayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, İdarədən bildirilib ki, məktəb rəhbərliyinin məlumatına əsasən, 6b sinfində 07.10.2022-ci il tarixdə saat 09:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb. Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib (apa). Dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib.

Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.

***

13:36

TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, bu gün saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub: “İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb.

Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir”.

***

13:16

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.

Bakıvaxtı.az xəbər verir ki, məktəbin 6 şagirdi zəhərlənib.

İctimaiyyətə əlavə məlumat veriləcək. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026