• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Şagirdləri döyən erməni əsilli müəllimin görüntüləri yayıldı - VİDEO

HADİSƏ

10 Sentyabr 2021 | 18:29 | Müəllif: Subhan Mahmudov

Şagirdləri döyən erməni əsilli müəllimin görüntüləri yayıldı - VİDEO

Rusiyanın Krasnoyarsk şəhərində şagirdləri döyən və təhqir edən erməni əsilli müəllimlə bağlı araşdırma başladılıb.

İlk dəfə Lilit Vardanyanın adı 2019-cu ildə iki qıza yumruqla hücum edən zaman hallanıb. Sonra o işdən çıxıb və yəqin ki, cəzadan qaçıb – hər halda mediada bu barədə heç nə yazılmadı.

Daha sonra Vardanyan 13 nömrəli gimnaziyada işə düzəlib və dərsin ilk günlərindən yenə əvvəlki kmi uşaqları təhqir etməyə davam edib.

Şagirdlər şikayət ediblər ki, ingilis dili müəllimləri sinifdə qışqıraraq onları “ləng tısbağalar”, “axmaqlar” adlandırır, hətta bəzi şagirdləri ağladır.

Krasnoyarsk administrasiyasının təhsil şöbəsinin mətbuat katibi Ekaterina Usatenko bildirib ki, müəllim artıq işdən çıxarılıb.

“Valideynlərin şikayət etdiyi gün məktəb rəhbərliyi hərəkətə keçdi, müəllim dərsdən uzaqlaşdırıldı və bu gün öz istəyi ilə istefa verdi. İstintaq Komitəsi hadisəni nəzarətə götürüb, məktəbdən sənəd istəyiblər, düşünürəm ki, tədbir görüləcək və bu vəziyyət bir daha təkrarlanmayacaq”.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026