• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sahibkarlara nə qədər faiz subsidiyası verilib?

CƏMİYYƏT

26 Dekabr 2022 | 11:23

Sahibkarlara nə qədər faiz subsidiyası verilib?

Bu il dekabrın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün sahibkarlara 67,9 milyon manat ödənilib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, bu tarixə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində Sahibkarlığın İnkişafı Fonduna 6 333 müraciət daxil olub. Bunlardan 5 047-si üzrə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.

“Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 milyon manat təşkil edir və bunun da 67,9 milyon manatı sahibkarlara ödənilib”, - M.Cabbarov qeyd edib.


Sahibkarlara nə qədər faiz subsidiyası verilib?
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026