• Bakı 18° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"

İQTİSADİYYAT

25 Aprel 2024 | 13:04

Sahil Babayev: Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb

Bu ilin aprel ayından Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Bakıda keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, Azərbaycan Macarıstana neft ixrac edir: "Bu ildən etibarən isə Azərbaycan qazının Macarıstana tam şəkildə təchizatına başlanılıb. Macarıstanla 100 milyon kubmetrlik müqaviləmiz var".

S. Babayev vurğulayıb ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlığın bütün sahələri genişlənir, o cümlədən enerji əməkdaşlığı çoxşaxəlidir.


SON XƏBƏRLƏR

04 May 2024