• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Sahurda bu qidalardan qəbul edin

CƏMİYYƏT

27 Aprel 2022 | 03:31 | Müəllif: Qalib İbrahimoğlu

Sahurda bu qidalardan qəbul edin

Oruc tutanlar aclığa tab gətirmək üçün kalorisi nisbətən daha çox olan qidalar qəbul etməyə çalışırlar. Onların içərisində yağlı, ət və xəmir xörəklərinə üstünlük verənlər, yumurta, sıyıq kimi qidalar qəbul edənlər də var.

Bakıvaxtı.az xəbər verir ki, həkim-diyetoloq Gülsüm Hüseynovanın dediyinə görə, sahur menyusunda tərkibi proteinlə zəngin süd, qatıq və pendir kimi ərzaq məhsulları yer ala bilər. Bundan başqa zülal tərkibli qidalar da tövsiyə edilir: “Qidalanmada tərəvəzlər üstünlük təşkil etməsinə çalışmaq lazımdır. Həzm sistemi və onun xəstəliklərindən asılı olaraq tərəvəz salatları daha çox tövsiyə olunur. Proteinli qida mütləq olmalıdır. Ət növləri seçərkən bişirilmə taktikasına fikir verilməlidir. Həmin yeməklər qızardılmış və çox ədviyyatlardan istifadə edilməməklə hazırlanmalıdır”.

Mütəxəssislər bildirirlər ki, gecə saatlarında metabolizmin sürəti aşağı düşdüyü üçün həmin saatlarda qəbul edilən ağır qidaların yağa çevrilmək riski yüksəkdir (azərtac). Qandakı şəkərin miqdarının düşməsinin qarşısını aldığı üçün taxıl məhsullarından hazırlanan şorbalardan istifadə etmək olar.

Qida mütəxəssislərinin dediyinə görə, qidalanmada zeytun və xurmadan, quru meyvələrdən istifadə etmək də faydalıdır.

İftar və imsak arasında bol miqdarda su, dovğa və ayran içməyə üstünlük verilməlidir. Çay və qəhvə kimi bədənin çox su itirməsinə səbəb olan içkilərdən isə uzaq olmaq lazımdır. Şəkəri çox olan meyvə şirələrindən istifadə tövsiyə olunmur, həmçinin şirniyyat, bal, cem kimi karbohidratlar da qəbul edilməməlidir.

Qeyd edək ki, bu gün Ramazan ayının iyirmi altıncı günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 27-də imsak vaxtı saat 04:12-də, iftar vaxtı isə 19:46-dadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026