• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

CƏMİYYƏT

29 May 2024 | 19:41 | Müəllif: Subhan Mahmudov

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Masallı rayonunda 7 kəndin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Köhnə Alvadı kəndində yeni qaz xəttinin mənbəyə qoşulmasından ötrü Güllütəpə və Tatyanoba kəndlərinin ümumilikdə 830 abonentinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması nəzərdə tutulur.

Həmçinin rayonunun Musaküçə kəndində yeni qaz tənzimləyicisinin quraşdırılması üçün Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçuvar və Təzəkənd kəndlərinin ümumilikdə 3800 abonentinin qaz təchizatının 31 may saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR