• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Özünü asan qızın üstündən kağız tapıldı: "Ölümümdə..." - YENİLƏNİB

HADİSƏ

14 Dekabr 2021 | 16:02 | Müəllif: Qalib İbrahimoğlu

Özünü asan qızın üstündən kağız tapıldı: "Ölümümdə..." - YENİLƏNİB

Salyanda gənc qızın intihar etməsinin təfərrüatı məlum olub.

Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə.  zəhmətkeş ailədə doğulan K.Bağırova əvvəllər nişanlı olub və nişanlısının çox qısqanc olması səbəbi ilə qızın ailəsi nişanı qaytarıb.

Yaxınlarının bildirdiyinə görə, olduqca ağıllı və tərbiyəli olan K.Bağırovaya başqa bir oğlan elçi düşüb. Hər iki gəncin razılığı ilə gənclər nişanlanıblar. Bir neçə gündən sonra baş tutacaq nişan mərasiminə hazırlıqlar da görülübmüş.

Yaxınlarının sözlərinə görə, qızın əvvəllər nişanlı olması indiki nişanlısının ailəsindən gizlədilib. Hadisənin üstü açılandan sonra isə qızın ikinci dəfə nişanının qaytarılacağı barədə söz-söhbət yayılıb. Bütün olanların gərginliyini yaşayan K.Bağırova çıxış yolu kimi özünə qəsd edib. Onun üzərində olan kağız parçasında yazılıb: "Mənim ölümümdə heç kəs günahkar deyil".

Faktla bağlı araşdırma aparılır.

***

12:39

Salyanda intihar hadisəsi baş verib.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, rayonun Ərəbqardaşbəyli kənd sakini, 2000-ci il təvəllüdlü Bağırova Könül Şakir qızı özünü yaşadığı evin damında asaraq intihar edib.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026