• Bakı 17° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Samuxda süni sututarda batan 23 yaşlı gəncin meyiti TAPILDI - YENİLƏNİB

CƏMİYYƏT

09 Fevral 2025 | 17:23 | Müəllif: Subhan Mahmudov

Samuxda süni sututarda batan 23 yaşlı gəncin meyiti TAPILDI - YENİLƏNİB

Samuxda süni sututarda batan şəxsin adı məlum  olub.

Bakıvaxtı.az-ın məlumatına görə, rayonunun Sarıqaya kəndində süni sututarında batan şəxs Goranboyun Baxçakürd kənd sakini 2002-ci il təvəllüdlü Cavid Əliyevdir. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki C.Əliyev sözü gedən ərazidə yerləşən şirkətlərinin birində mühafizəçi işləyirmiş.

Faktla bağlı Samux rayon prokrorluğunda araşdırma aparılır.

 

16:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

16:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonu, Sarıqaya kəndində hovuzda 1 nəfərin batması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Əlavə məlumat veriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    31 Oktyabr 2026