• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Samuxda zəncirvari qəza - Bir ailənin üç üzvü yaralandı

HADİSƏ

20 Iyul 2021 | 20:12

Samuxda zəncirvari qəza - Bir ailənin üç üzvü yaralandı

Samux rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində, körpü yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "VAZ" və "Opel" markalı avtomobillər toqquşub.

Daha sonra avtomobillərdən biri "Moskviç" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində 3-ü bir ailənin üzvlü olmaqla 4 nəfər xəsarət alıb. Onlar hadisə yerinə çağrılan 4 təcili tibbi yardım maşınları ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR