Azərbaycan və Ermənistan liderlərinin Aİ-nin vasitəçiliyi ilə növbəti görüşləri payızda Brüsseldə, həmçinin Avropa Siyasi Birliyi sammiti çərçivəsində Qranadada keçirilməsi gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən sonra mətbuata bəyanatında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.
“Mən həmçinin Azərbaycan və Ermənistan liderlərini yaydan sonra Brüsselə, həmçinin Qranadada növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində Fransa və Almaniya liderlərinin iştirakı ilə beştərəfli görüşə dəvət etmək niyyətimi təkrarladım”, - o qeyd edib.
19:37
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiyaların işini aktivləşdirmək barədə razılığa gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında deyib.
Ş. Mişel, həmçinin, Azərbaycan və Ermənistan liderlərini yaydan sonra Brüsselə daha bir görüşə dəvət edib.
















