• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

SİYASƏT

24 Dekabr 2021 | 13:38

Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Özbəkistan Prezidentinə təşəkkür edib.

Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR