• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Azərbaycan Qafqazın və bölgənin qabaqcıl dövlətidir" - Eşref Tuna

SİYASƏT

23 Yanvar 2022 | 00:06 | Müəllif: Qalib İbrahimoğlu

"Azərbaycan Qafqazın və bölgənin qabaqcıl dövlətidir" - Eşref Tuna

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 20 Yanvar 1990-cı il Sovet əsgərinin Bakıda törətdiyi faciənin qurbanlarını anıb.

Bakıvaxtı.az xəbər verir ki, anım mərasimində İzmirdə fəaliyyət göstərən QHTələr və siyasi partiyaların təmsilçiləri iştirak edib. Bornova Bələdiyyəsinin dəstəyilə keçirilən tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan və Türkiyənin Dövlət himinlərinin səslənməsi ilə başlayıb.

TADEF-in sədr muavini və Dərnək başkanı Eşref Tuna o gecə baş verən olaylar haqqında xronoloji məlumat verib. "Bir ölər, min dirilərik" deyimini söyləyən E.Tuna 44 günlük Vətən müharibəsində müstəqil Azərbaycanın bütün çətinliklərə baxmayaraq qələbə qazandığını xatırladıb: "Bu gün can qardaşımız Azərbaycan Qafqazın və bölgənin qabaqcıl dövlətlərindən biridir".

Konfransda çıxış edən alim İsmet Arpaslan, jurnalist Nigar Ögeday 32 il əvvəl baş verən faciə haqqında iştirakçılara məlumat veriblər.

İzmirdə yaşayan sənətçi Roza İbadovanın aparıcılığı ilə keçən tədbirdə 20 yanvarla bağlı şeirlər səsləndirilib.


"Azərbaycan Qafqazın və bölgənin qabaqcıl dövlətidir" - Eşref Tuna"Azərbaycan Qafqazın və bölgənin qabaqcıl dövlətidir" - Eşref Tuna"Azərbaycan Qafqazın və bölgənin qabaqcıl dövlətidir" - Eşref Tuna"Azərbaycan Qafqazın və bölgənin qabaqcıl dövlətidir" - Eşref Tuna
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026