• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Saxta diplom alan müəllimlərin nəzərinə - RƏSMİ

CƏMİYYƏT

04 Aprel 2023 | 09:25

Saxta diplom alan müəllimlərin nəzərinə - RƏSMİ

Diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılma prosesinə cəlb olunacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Elm və Təhsil Nazirliyindən bildirilib.

"Müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan müəllimlər də (saxta diplom) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar", - deyə qeyd edilib.

Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev 15-20 il əvvəl külli miqdarda saxta diplom verən ali məktəblərimizin olduğunu qeyd edib. /Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026