• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Alkoqollu içkilər istehsal edən şirkət cərimələnə bilər

CƏMİYYƏT

03 May 2023 | 17:32

Alkoqollu içkilər istehsal edən şirkət cərimələnə bilər

“Baku Spirits” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnə bilər.

Bakıvaxtı.az xəbər verir ki, “Baku Spirits” MMC barədə İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi əsasında protocol tərtib olaraq iş İsmayıllı Rayon Məhkəməsinə göndərib.

Bu məcəllənin 485.1-ci maddəsində bildirilib ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə, fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İnzibati xətalar haqqında iş hakim İlqar Hüseynovun sədrliyilə aparılacaq.

“Baku Spirits” MMC 2021-ci ildə öz fəaliyyətinə başlamışdır. Bu gün şirkət alkoqollu içkilər bazarında “Absolute Organic”, “Absolute classic”, “Hayat”, ”Kalite”, “Mars”, ”ЗЕРО”, adı ilə tanınan araqlar istehsal edir.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026