• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada öldü

CƏMİYYƏT

04 May 2023 | 09:23

9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada öldü

Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə aprelin 24-də Bakı-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qəhrəmanov Vaqif İsa oğlu idarə etdiyi "QAZ-2410" markalı avtomobillə hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Mustafayev Valeh Vahid oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə toqquşub.

Nəticədə sürücülər - V.Qəhrəmanov və V.Musayev, eyni zamanda "Mercedes-Benz" markalı avtomobildə olan sərnişin Məmmədova Validə Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib.

V.Qəhrəmanov mayın 3-də xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR