• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Saxta pulla 10 litr yanacaq alan şəxs tutuldu

HADİSƏ

08 Fevral 2022 | 11:20

Saxta pulla 10 litr yanacaq alan şəxs tutuldu

Beyləqanda saxta əskinas istifadə edən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il dekabrın 28-də vətəndaşa 5 ədəd 200 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun 2021-ci il dekabrın 23-də 2-ci Aşıqlı kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsində operatora 1 ədəd 200 manatlıq saxta əskinas verib 10 litr yanacaq alması da müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026