• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qaradağda döyüş sursatı tapıldı - VİDEO

HADİSƏ

09 Mart 2022 | 15:37

Qaradağda döyüş sursatı tapıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqda sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd PQ-2 reaktiv qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Qaradağda döyüş sursatı tapıldı - VİDEOQaradağda döyüş sursatı tapıldı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026