• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Səba” cərimələndi - İŞ MƏHKƏMƏDƏ

CƏMİYYƏT

23 Fevral 2023 | 15:54

“Səba” cərimələndi - İŞ MƏHKƏMƏDƏ

“Səba” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında protokol tərtib edərək işi Şabran Rayon Məhkəməsinə göndərib.

Bu maddədə qeyd edilib ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -  vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.  

İnzibati xətalar haqqında iş hakim Çingiz İsgəndərov sədrliyilə araşdırılacaq.

İbRa

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026