• Bakı 22° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

“Seçki nəticələri regionda yeni siyasi mərhələ yaradacaq” – AÇIQLAMA

SİYASƏT

09 Iyun 2026 | 17:12

“Seçki nəticələri regionda yeni siyasi mərhələ yaradacaq” – AÇIQLAMA

Ermənistanda seçki marafonu başa çatıb, səslər hesablanıb və parlamentdə yeni mandat bölgüsü formalaşıb. Bununla belə, siyasi gərginlik tam səngiməyib.

Hazırda ölkənin gündəmində əsas məsələ Konstitusiya islahatlarıdır. Hakimiyyət diqqəti əsas qanunun dəyişdirilməsinə və ya yeni Konstitusiyanın qəbuluna yönəldib. Bu proses yalnız daxili idarəetmənin yenilənməsi deyil, həm də regionda sülh və beynəlxalq öhdəliklər baxımından mühüm mərhələ kimi qiymətləndirilir.

Xüsusilə Konstitusiyada qonşu ölkələrə dair iddiaların yer aldığı müddəalar və Müstəqillik Bəyannaməsinə istinadların taleyi ciddi müzakirə mövzusudur. Yeni parlament tərkibi islahatlar üçün imkan yaratsa da, referendum mərhələsi prosesi həm riskli, həm də həssas edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında deputat Siyavuş Novruzov bildirib ki, əslində Ermənistanda keçirilən seçkilərin əsas şüarı Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması, sülh müqaviləsinin imzalanması və referendum məsələləri olub.

Deputatın sözlərinə görə, bu mövzular demək olar ki, Nikol Paşinyan və onun rəhbərlik etdiyi siyasi qüvvənin əsas devizlərindən biri kimi çıxış edib:

“Paşinyanın partiyasına səs verənlərin hamısı əslində bu şüarlara səs veriblər. Yəni onlar Azərbaycanla münasibətlərin qurulması, sülhün davamlı olması və gələcəkdə müharibə riskinin aradan qaldırılması kimi məsələlərə dəstək ifadə ediblər”.

Onun sözlərinə görə, seçki nəticələri rəsmən elan olunduqdan sonra növbəti mərhələ Azərbaycanla sülh müqaviləsinin imzalanması və bununla bağlı mövcud şərtlərin yerinə yetirilməsi olacaq:

“Bundan sonra isə qalıcı və yekun sülhün əldə olunması istiqamətində addımlar atılacaq. Eyni zamanda Zəngəzur dəhlizinin açılması, digər nəqliyyat xətlərinin istifadəyə verilməsi, o cümlədən Türkiyə ilə sərhədlərin açılması prosesi də gündəmə gələcək”.

Parlament üzvü bildirib ki, sülh prosesinə xarici güclər mane ola bilməz:

“Keçən ilin avqust ayının 8-də ABŞ-də sülh layihəsinin paraflanması ilə Vaşinqton da prosesə dəstək verdi. Bundan başqa Avropa İttifaqı da öz dəstəyini ifadə edib. Ermənistandakı parlament seçkilərinə beynəlxalq təşkilatların müəyyən mənada göz yumması da bu prosesə dolayısı ilə dəstək kimi qiymətləndirilə bilər. Bu prosesi istəməyən qüvvələr isə heç bir nəticə əldə edə bilməyəcəklər”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR