• Bakı 13° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Seda Sayan 7-ci dəfə ərə getdi

MƏDƏNİYYƏT

25 Aprel 2022 | 09:25

Seda Sayan 7-ci dəfə ərə getdi

Türkiyəli müğənni Seda Sayan yeddinci dəfə ailə həyatı qurub.

Bakıvaxtı.az “Milliyet”ə istinadən xəbər verir ki, o, musiqiçi Çağlar Öktenə ərə gedib.

Cütlüyün may ayında Praqada keçirmək istədiyi toy Seda Sayanın komandasının viza ilə bağlı yaşadığı problem səbəbindən İstanbulda baş tutub. Onlar Beşiktaşdakı lüks hotellərin birində bir-birilərinə “hə” deyiblər.

Seda Sayanın gəlinliyini Gülşah Saraçoğlu, Çağlar Öktenin bəyliyini isə Tolga Çam hazırlayıb. Sayanın nikah şahidliyini Safiye Soyman və Esra Özmen, Çağlar Öktenin isə Faik Öztürk və Fuat Özdolgun ediblər.

Nikaha cütlüyün yaxın dostları qatılıb.

Seda və Çağlar bal ayını Parisdə keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026