• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Şəhid Orxan Əsgərov dəfn edildi  - YENİLƏNİB

CƏMİYYƏT

30 Yanvar 2023 | 12:36

Şəhid Orxan Əsgərov dəfn edildi  - YENİLƏNİB

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.  

 

***

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılır.

 

09:14

Azərbaycanın İranda yerləşən səfirliyində şəhid olan Orxan Əsgərova vida mərasimi keçirilir.

Bakıvaxtı.az  xəbər verir ki, vida mərasimi Orxan Əsgərovun evində keçirilir.

Mərasimə şəhidin yaxınları, həmkarları iştirak edir.

Orxan Əsgərovun cənazəsinin yaxın saatlarda evinə gətiriləcəyi, daha sonra dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılması gözlənilir.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.


SON XƏBƏRLƏR

18 Mart 2024