• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Şəhriyar Məmmədyarov Karlsenə qalib gəldi

İDMAN

28 Aprel 2022 | 23:11 | Müəllif: Subhan Mahmudov

Şəhriyar Məmmədyarov Karlsenə qalib gəldi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində sonuncu görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VII turunda Karlsenlə üz-üzə gəlib. Görüş Məmmədyarovun 2,5:0,5 hesablı qələbəsi ilə başa çatıb.

Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026