• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəkidə fermerlərə səyyar xidmət göstərilməsinə başlanıldı

CƏMİYYƏT

27 Oktyabr 2021 | 16:28

Şəkidə fermerlərə səyyar xidmət göstərilməsinə başlanıldı

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb.

Bakıvaxtı.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməsi üzrə 4 səyyar qrup yaradılıb. Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

İlk aqrar səyyar xidmət Şəki rayonunun kəndlərində təşkil olunub. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. İndiyədək Səyyar Qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş 1500 fermerə səyyar aqrar xidmət göstərilib.

Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır.

Növbəti həftələrdə səyyar qrupların sayı artırılmaqla respublikanın digər regionlarında səyyar aqrar xidmət təşkil olunacaq.


Şəkidə fermerlərə səyyar xidmət göstərilməsinə başlanıldıŞəkidə fermerlərə səyyar xidmət göstərilməsinə başlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026