• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Şəkidə məktəblini dağa aparıb vəhşicəsinə döydülər

HADİSƏ

17 Mart 2025 | 22:55

Şəkidə məktəblini dağa aparıb vəhşicəsinə döydülər

Şəkidə məktəblilər arasında dava birinin xəsarət alması ilə nəticələnib. Şəhər məktəblərindən birinin 11-ci sinif şagirdini 4 nəfər sinif yoldaşı dağa apararaq vəhşicəsinə döyüb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.az-ın sorğusuna cavab verilib.

Bildirilib ki, Şəki şəhərində məktəblinin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı martın 9-da ailə üzvlərinin müraciəti əsasında ərazi polis orqanında araşdırmalara başlanılıb:

"Hadisə yerinə baxış keçirilib, tərəflərin izahatları alınıb və zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.

Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq toplanmış material üzrə qərar qəbul olunacaq".


SON XƏBƏRLƏR

18 Aprel 2025