• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəkidə şəhid Şahid Məmmədov dəfn edildi - YENİLƏNİB

CƏMİYYƏT

01 Noyabr 2024 | 14:56 | Müəllif: Qalib İbrahimoğlu

Şəkidə şəhid Şahid Məmmədov dəfn edildi - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 31 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şəkidə dəfn olunub.

Baklvaxtı.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Şahid Sabir oğlu Məmmədov doğulub boya-başa çatdığı Şəki rayonu Orta Zəyzid kənd qəbirsanlığında torpağa tapşırılıb.

Şahid Məmmədov qalıqlarının dəfn mərasimində rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqan əməkdaşları, hərbiçilər, rayon ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak edib.

***

14:39

Xankəndi şəhərində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şahid Sabir oğlu Məmmədovun meyitinin qalıqları Şəki rayonunun Zəyzid kəndinə gətirilib.

Bakıvaxtı.az-ın “Report”a istinadla məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Şahid Sabir oğlu Məmmədov 1974-cü il sentyabrın 9-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. O, 1993-cü il Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində itkin düşüb.

Ş.Məmmədov Zəyzid kənd qəbiristanlığında dəfn olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026