• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Dövlət qurumundan marketlərə XƏBƏRDARLIQ: Sellofan torbalar pullu olacaq

CƏMİYYƏT

31 Yanvar 2023 | 11:30

Dövlət qurumundan marketlərə XƏBƏRDARLIQ: Sellofan torbalar pullu olacaq

"Vergi orqanı vergi ödəyicilərinə polietilen torbaların nəzarət-kassa aparatının çeklərində ayrıca məhsul kimi təqdim edilməsi ilə bağlı bildiriş göndərib".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən mühasibatlıq xidmətləri şirkəti məlumat verib. 

Dövlət Vergi Xidmətinin bldirişində qeyd edilib ki, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir.

Vergi Məcəlləsinin 50.8.5-ci bəndinə əsasən nəzarət-kassa aparatının çeklərində malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği) göstərilməlidir.

Qısa şəkildə qeyd edim ki, mağazalar, ximət və iaşə obyektlərində malların satışı həyata keçirilərkən qablaşdırmada istifadə olunan polietilen torbaların adı və dəyəri kassa çekində göstərilmədikdə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 1000 (və ya 3000 və 6000) manat maliyyə sanksiyası tətbiq edilə bilər.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin müvafiq şöbəsinə informasiya sorğusu ilə müraciət edilib. 

İbRa


SON XƏBƏRLƏR