Şəmkir rayon Kür qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakıvaxtı.az-ın məlumatına görə, 2 avtomobilin toqquşması nəticəsində Şəmkir rayon sakinləri - 1993-cü il təvəllüdlü Vahid İsalı və 1963-cü il təvəllüdlü Arzu Kazımov müxtəlif bədən xəsarətləri alıblar.
Hər ikisi xəstəxanaya yerləşdirilib. Onlardan V.İsalının vəziyyəti orta ağır, digərinin vəziyyəti isə kafi kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.(report)





jpg-1671801586.webp)










