• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəmkirdə nə qədər erməni yaşayır? - STATİSTİKA

CƏMİYYƏT

06 Fevral 2024 | 13:33

Şəmkirdə nə qədər erməni yaşayır? - STATİSTİKA

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Şəmkir rayonunda əhalinin sayı 216184 nəfər olub.

Bu barədə Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Şəmkir əhalisinin 109 242 nəfərini kişilər, 106 942 nəfərini qadınlar təşkil edib. Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Şəmkir şəhəri, Kür qəsəbəsi, Zəyəm qəsəbəsi, Çinarlı qəsəbəsi, Dəllər qəsəbəsi, Səməd Vurğun qəsəbəsi. Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 76 yaş olduğu bildirilir. Rəsmi məlumata görə, 2022-ci ildə Şəmkirdə 1163 nikah bağlanıb, 238 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Şəmkir rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. Məlum olub ki, Şəmkir Bakı şəhərindən sonra ermənilərin ən çox yaşadığı bölgədir. Belə ki, sonuncu siyahıyaalma zamanı Şəmkirdə yaşayan 38 nəfər (13 kişi, 25 qadın) erməni milliyətindən olduğunu etiraf edib. (Siyahıyaalma zamanı vətəndaş milliyətini könüllü əsasda bildirə də, bildirməyə də bilər). Şəmkirdə say çoxluğuna görə azərbaycanlılardan sonra türklər, ruslar və ermənilər gəlir. Şəmkir rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026