• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Şəmkirdə yol kənarında meyit tapıldı - YENİLƏNİB

CƏMİYYƏT

03 Dekabr 2023 | 22:31 | Müəllif: Subhan Mahmudov

Şəmkirdə yol kənarında meyit tapıldı - YENİLƏNİB

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.
Hərəkətdə olan "Opel "markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı aradırma aparılır.

 

21:31

Şəmkir rayonunda yol kənarında, “3 yol” deyilən ərazidə naməlum kişi meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, üzərində xəsarətlər olan meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə aparılıb.

Onun şəxsiyyəti hələ məlum deyil. İlkin ehtimala görə, həmin şəxs avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR