• Bakı 24° C

    14.52 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Yağış yağacaq, külək əsəcək - ŞƏNBƏ GÜNÜNÜN HAVASI

CƏMİYYƏT

06 Dekabr 2024 | 12:23

Yağış yağacaq, külək əsəcək - ŞƏNBƏ GÜNÜNÜN HAVASI

Dekabrın 7-də Bakıda, eləcə də rayonlarda arabir yağış yağacaq.

Bu barədə Bakıvaxtı.az-a  Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi gündüz bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026