• Bakı 24° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Şənlik mərasimində 58 nəfər zəhərləndi

DÜNYA

01 Avqust 2022 | 09:05

Şənlik mərasimində 58 nəfər zəhərləndi

Qırğızıstanın Batken vilayətinin Kadamjay şəhərində ictimai iaşə obyektlərindən birində baş verən kütləvi mərasimdən sonra 50-dən çox insan tibbi yardıma müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a respublikanın Xəstəliklərin Profilaktikası və Dövlət Sanitariya-Epidemioloji Nəzarət Departamentindən məlumat verilib.

"İlkin məlumatlara görə, Kadamjayda qidadan zəhərlənmə nəticəsində ümumilikdə 58 nəfər zərər çəkib", - qurumun nümayəndəsi bildirib.

Onun sözlərinə görə, qohumların şəhərdəki kafelərdən birində keçirilən mərasimindən sonra ikisi uşaq olmaqla, 6 nəfər xəstəxanaya yerləşdirilib. "Onların vəziyyəti orta ağır qiymətləndirilir", - departamentdən qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR