• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ərdoğan: F-35-ləri vermirlər, vecimizə də deyil!

DÜNYA

30 Avqust 2022 | 23:48 | Müəllif: Subhan Mahmudov

Ərdoğan: F-35-ləri vermirlər, vecimizə də deyil!

Yunanıstan nə siyasi, nə iqtisadi, nə də hərbi olaraq bizim tayımız deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Eynən bir əsr əvvəl olduğu kimi bu gün də Yunanıstan istifadə edilir. Ölkəmizin vaxtını və enerjisini boşa sərf etdirməyə çalışanların niyyətini bilirik. Yunanıstan təyyarələrimizi təhdid edərək NATO və müttəfiqlərinə meydan oxudu. Amerika bizə vermədiyi F-35-ləri Yunanıstana bağışlayır. Bizə F-35 vermirlər, aldığımız müdafiə sistemlərinə görə bizi qınayırlar. Vecimizə də deyil. Bizə verilməyən hər məhsulu istehsal etmək qabiliyyətinə sahibik”, - deyə Ərdoğan bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026