• Bakı 25° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Serbiya səfirinə hücum - Təpiklə vurub qaçdı

DÜNYA

10 Sentyabr 2024 | 09:57

Serbiya səfirinə hücum - Təpiklə vurub qaçdı

İspaniyanın paytaxtı Madriddə naməlum şəxs küçədə serb dilində telefonla danışan Serbiya səfiri İrina Şaratsa  hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Şahidlərin sözlərinə görə, kişi Şaratsa yaxınlaşıb və ondan Serbiyadan olub-olmadığını soruşub, daha sonra onu arxadan təpiklə vurub və hadisə yerindən qaçıb.

Kişinin danışığına əsasən, onun alban mənşəli olduğu deyilir. Məlumata görə, hücumdan sonra səfirin vəziyyəti yaxşıdır.

Serbiyanın Xarici İşlər Naziri Marko Curiç yerli mətbuata açıqlamasında hadisəni pisləyib.

“Madridin mərkəzində səfir Şaratsa qarşı fiziki hücumu qətiyyətlə pisləyirəm. Biz bütün hakimiyyət orqanlarından bu biabırçı hadisənin və ölkəmizin ali diplomatik nümayəndəsinə qarşı zorakılıq aktının tam araşdırılmasını və günahkarın məsuliyyətə cəlb olunmasını tələb edirik”, - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026