• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şərif Şərifov Türkiyədə qalib oldu

İDMAN

26 Iyun 2021 | 21:03

Şərif Şərifov Türkiyədə qalib oldu

Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu turnirinin qalibi olub.

97 kq çəki dərəcəsində yer alan 33 yaşlı pəhləvan mübarizəyə 1/4 finaldan qoşulub. Olimpiya, dünya və Avropa çempionu ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib – 10:0. Titullu güləşçi yarımfinalda Givi Matçaraşvili ilə qarşılaşıb. Şərifov yanvarda Fransanın Nitsa şəhərindəki Qran-pridə məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb – 3:0.

Beləliklə, Şərifov adını finala yazdırıb. Millimizin üzvü bu gün həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini 4:0 hesabıyla məğlub edən təcrübəli pəhləvanı Yaşar Doğu turnirinin qızıl medalını qazanıb./unikal/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026