• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Şərifin Bakı səfəri: Əməkdaşlığın inkişafında ciddi addım

SİYASƏT

26 Fevral 2025 | 11:01

Şərifin Bakı səfəri: Əməkdaşlığın inkişafında ciddi addım

"Azərbaycan öz müstəqilliyini elan etdiyi günlərdən Pakistanla dostluq əlaqələri qurulmağa başlanılıb. Müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də Pakistan olub".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, sonrakı dövrdə Ulu öndər Heydər Əliyev bu münasibətlərin yaxşılaşması üçün çox ciddi addımlar atıb:

"Azərbaycan-Pakistan münasibətlərinin dostluq, qardaşlıq səviyyəsinə çatması İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə baş verib. Münasibətlərimiz durmadan inkişaf edib və 44 günlük müharibə zamanı ən yüksək nöqtəsinə çatıb. O dövrdə Pakistan Azərbaycanı birmənalı şəkildə dəstəkləyən bir neçə dövlətdən biri idi. Pakistan Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu dəfələrlə bəyan edib. İmkan daxilində bizə hər cür zəruri köməkliyi göstərib. Sonrakı dövrdə də münasibətlərimiz inkişaf mərhələsində olub. Pakistanda müəyyən hakimiyyət dəyişikliyinin baş verməsi əlaqələrimizə heç bir təsir göstərməyib. Birgə hərbi təlimlər keçirilib, iqtisadi əlaqələrimizi daha da yaxınlaşdırmağa yönələn addımlar atılıb. Hərbi sənaye sahəsində əməkdaşlığımız davam edir. Azərbaycan Pakistanın qabaqcıl hərbi texnikalarını almaqda maraqlıdır. Xüsusilə Pakistanda istehsal olunan çoxməqsədli döyüş təyyarələrinin alınması Azərbaycanın hərbi qüdrətinin artırılmasında mühüm rol oynayır".

Analitik əlavə edib ki, Azərbaycan Pakistana müxtəlif sahələrdə investisiyalar qoyur:

"Beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyir, bir-birimizin yanında oluruq. Həm BMT çərçivəsində, həm İslam Dövlətləri Təşkilatında, həm də digər qurumlarda daim mövqelərimizi müdafiə edirik”.

Abutalıb Səmədov, siyasi şərhçi

Müsahibimiz vurğulayıb ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya səfəri əməkdaşlığımızın inkişafında çox ciddi bir addım olacaq:

“İqtisadi əməkdaşlığın sıxlaşmasını hər iki dövlət arzulayır. Bu istiqamətdə atılan addımlar iki qardaş ölkənin əlaqələrini daha da sıxlaşdıracaq".

Aydın Baxış


SON XƏBƏRLƏR

18 Aprel 2025