“Cari ildəki sertifikatlaşma prosesinə cəlb ediləcək fənnlər ictimaiyyətə elan olunub. Onu da bildirək ki, artıq Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən müəllimlərin sertifikatlaşma alt sisteminə daxil edilməsi prosesi icra olunur. Nisbətlər olduqca yüksəkdir, qısa müddətdə bu proses tamamlanacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Təhsil TV"yə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, qanunvericiliyin tələbinə müvafiq olaraq 1 ay öncədən müəllimlərə məlumat göndərilməsi nəzərdə tutulur:
“Amma biz bunu daha erkən edəcəyik ki, müəllimlər artıq imtahana daha uzun müddət qalmış imtahan saatları, mərkəzləri ilə bağlı məlumatlı olsunlar”.