• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Səudiyyə Ərəbistanı İsrailin qərarını pislədi

DÜNYA

12 Avqust 2025 | 16:29

Səudiyyə Ərəbistanı İsrailin qərarını pislədi

Səudiyyə Ərəbistanı hökuməti vəliəhd şahzadə Məhəmməd bin Salmanın sədrliyi ilə keçirilən iclasda İsrailin Qəzza zolağında hərbi əməliyyatların miqyasını genişləndirmək niyyətini tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

"Nazirlər Kabineti İsrailin Qəzza zolağını tam işğal etmək qərarını, qardaş Fələstin xalqına qarşı aclıq, qəddar hərəkətlər və etnik təmizləmə ilə bağlı cinayətlərin davam etdirilməsini qətiyyətlə pisləyir", - məlumatda deyilir.

Ər-Riyad hesab edir ki, dünya ictimaiyyətinin və BMT Təhlükəsizlik Şurasının bu hücumları dayandırmaq iqtidarında olmaması beynəlxalq sistemin əsaslarını və onun legitimliyini sarsıdır, regional və qlobal sülh və təhlükəsizliyə təhdid yaradır.


SON XƏBƏRLƏR