• Bakı 13° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sevgililər Günündə evlilik təklifi etdi

MƏDƏNİYYƏT

14 Fevral 2022 | 23:54 | Müəllif: Subhan Mahmudov

Sevgililər Günündə evlilik təklifi etdi

Türkiyəli tanınmış müğənni-aktyor Oğuzhan Koç sevgilisi, məşhur aktrisa Demet Özdemirə evlilik təklifi edib.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, O.Koçun bu gün, 14 fevral - Sevgililər Günündə hazırladığı sürpriz evlilik təklifinə Demetin cavabı müsbət olub.

Sürpriz evlilik təklifi "Sakilər" qrupunun "Dünyadan uzak" mahnısının müşayiəti ilə baş tutub.

Qeyd edək ki, sevgi münasibətlərinə ötən il başlayan cütlük yeni barışıblar. Onlar ötən ilin dekabr ayında Paris tətilindən sonra ayrılmışdılar. Məşhur cütlük "Bu dəfə qəti olaraq bitdi, bir daha geri dönüş olmayacaq" desə də, uzun müddət küsülü qala bilməyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026