• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sığorta mübahisələri ilə bağlı elmi-praktiki konfrans keçirilib - FOTOLAR

CƏMİYYƏT

17 Iyul 2023 | 16:32

Sığorta mübahisələri ilə bağlı elmi-praktiki konfrans keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Sosial Tədqiqatlar Mərkəzinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Mediasiya Şurasının birgə təşkilatçılığı ilə "Sığorta mübahisələrinin həllində mediasiya institutunun rolu" mövzusuna həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, konfransda Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova və Assosiasiyanın İcraçı direktoru Elmar Mirsalayev, habelə Mediasiya Şurasının sədri Nadir Adilov çıxış edərək mediasiya mexanizminin üstünlüklərinə və özəlliklərinə toxunublar. Çıxışçılar nitqlərində maliyyə mübahisələrinin mövcud həcminə işıq salaraq sığorta mübahisələrinin həllində mediasiyanın rolunun əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.

Konfransda tədbir iştirakçıları sığortaçılarla sığortalılar arasında mediasiya vasitəsilə barışıq təmin olunarkən növbəti mərhələdə tətbiq olunacaq barışıq sazişinin nümunəsi ilə də tanış olublar.

Tədbir çərçivəsində sığortaçılarla mediatorlar arasında mövzu üzrə müzakirələr aparılıb. 


Sığorta mübahisələri ilə bağlı elmi-praktiki konfrans keçirilib - FOTOLARSığorta mübahisələri ilə bağlı elmi-praktiki konfrans keçirilib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026