• Bakı 26° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Sıladan İranlı qadınlara dəstək - VİDEO

MƏDƏNİYYƏT

23 Oktyabr 2022 | 00:51 | Müəllif: Subhan Mahmudov

Sıladan İranlı qadınlara dəstək - VİDEO

Türkiyəli musiqiçi Sıla Gənçoğlu yeni "Oyansın yatanlar"("Kalksın uyuyanlar") adlı mahnısına klipini təqdim edib.

Bakıvaxtı.az bizim media-ya istinadən xəbər verir ki,Sıla klipi əxlaq polisi tərəfindən hicab qadağasına tabe olmadığı üçün öldürülən Məhsa Emini və azadlıq mübarizəsinə başlayan iranlı qadınlara həsr edib.

Sıla klip üçün yazdığı mətndə bu ifadələrdən istifadə edib:

"Azadlıq üsyan deyil, şəraitə görə elə bilinir, amma deyil. Azadlıq heç kimə məxsus deyil, şəxsidir. Fərdi qərardır, məqsəddir. Məcburiyyətə "Yox" deməyi bacarıb, qəlbə saplanmış daşı qoparıb atmaqdır, azadlıq.

Zalıma ağıl, mərhəmət, şəfa və vicdan diləmək, anlamayan hər kəsə anlatmaq borcumuzdur. Dünyada hürriyyətə inamını itirmiş bütün bacı-qardaşlarım, ləyaqətinin dalınca gedən iranlı bacılarım, sizin möhkəm əllərinizi tutmağa and içmişəm. O bayraq bizimdir. O bayraq bizik. Saçlar küləyə sovrulmaq üçündür və müdafiəsizdir. Zaman bumeranqdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026