• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Silah anbarında partlayış: 10 ölü, 35 yaralı var

DÜNYA

05 Iyul 2022 | 20:57 | Müəllif: Subhan Mahmudov

Silah anbarında partlayış: 10 ölü, 35 yaralı var

Yəmənin Abyan əyalətinin Lawdar şəhərində silahların saxlandığı binada partlayış baş verib. Partlayış nəticəsində 10 nəfər ölüb, 35 nəfər yaralanıb.

Bakıvaxtı.az  xəbər verir ki, adının çəkilməsini istəməyən yerli təhlükəsizlik mənbəsi partlayış nəticəsində azı 10 nəfərin öldüyünü, 35 nəfərin yaralandığını bildirib.

Partlayışla bəzi binalara və iş yerlərinə ziyan dəyib. Partlayışın səbəbi hələlik məlum olmasa da, yerli hakimiyyət hadisə ilə bağlı araşdırmalara başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026