Şimali Koreya şübhəli ballistik raket buraxıb.
Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.
Yaponiya patrul gəmiləri bölgədəki gəmiləri onlara yaxınlaşmamağa və raket qalıqları aşkar etdikdə dərhal səlahiyyətli qurumlarla əlaqə saxlamağa çağırıb.
Mühafizə xidməti raketin çox güman ki, artıq düşdüyünü bildirib.
Balistik raket orta mənzilli raketlər sinfinə aiddir.
Agentlik Şimali Koreyanın bu il ilk dəfə olaraq ballistik raket buraxdığını bildirib.
















