• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Şimali Koreya ordusu 3 raket buraxdı

DÜNYA

25 May 2022 | 08:45 | Müəllif: Qalib İbrahimoğlu

Şimali Koreya ordusu 3 raket buraxdı

Yaponiya növbəti raket buraxılışları ilə bağlı Şimali Koreyaya etirazını bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Yaponiyanın müdafiə naziri Nabuo Kişi jurnalistlərə bəyan edib ki,  ABŞ Prezidentinin Tokioda QUAD liderlərinin sammitində iştirakından sonra atılan bu addım birbaşa təxribat dır.

“Bu, Şimali Koreya tərəfindən açıq təxribatdır və qətiyyən qəbuledilməzdir. Buna görə biz diplomatik kanallar vasitəsilə etirazımızı bildirmişik”, - deyə nazir bildirib.

N.Kişi əlavə edib ki, buraxılan 3 ballistik raketdən biri təqribən 300 və digəri isə 750 kilometr məsafə qət edərək, Yapon dənizinin şərqində suya düşüb (trend). Raketlər Yaponiyanın məxsusi iqtisadi zonasına çatmayıb. Sınaqlar nəticəsində gəmilərə zərər dəyməsi barədə məlumat daxil olmayıb. Nazir üçüncü raketlə bağlı hələlik məlumatların toplandığını da qeyd edib.

Cənubi Koreya hərbçilərinin məlumatına görə, mayın 25-də səhər Şimali Koreya Pxenyan yaxınlığındakı Sunan rayonundan Yapon dənizi istiqamətində üç ballistik raket buraxıb.

Bu, cari ildə Şimali Koreyanın həyata keçirdiyi 16-cı raket sınağıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR